AZ | EN | RU


Futbol >>
"Sabah ən yaxşı oyunumuzu göstərməliyik" - Qurban Qurbanov
10 oktyabr 2018   17:20

“Biz bu gün çox danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Ona görə də çox danışmaq fikrində deyiləm. Rəqibi yaxşı tanıyıram. Onların da şansı var. Çalışırıq ki, şansımızdan daha yaxşı istifadə edək. Buna uyğun hazırlaşmışıq”.

Olimpiya.az-ın məlumatına görə, bu sözləri yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 3-cü turunda sabah Farer adaları ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib. Farer adalarına ezam olunmuş müxbirimiz xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Süni örtüklü meydan, futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim və matçın keçiriləcəyi meydançanın normadan kiçik olması komandamıza nə dərəcədə mane olacaq?

- Bəli, meydançaya baxdım. Məncə, hava şəraiti bizim üçün elə də problem yaratmayacaq. Havaya fikir verməməliyik. Fikrimiz oyunda olmalıdır. Hiss olunur ki, meydança standartlardan bir az fərqlənir. Buna da fikir verməli deyilik. Ancaq hər bir halda dediyiniz amillərin oyuna təsiri olacaq. Düşünürəm ki, futbolçularımız sabah meydanda nə etmək lazımdırsa, onu da edəcəklər.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsünüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?

- Dediyim kimi, nə mən, nə də futboolçular yorğunluq haqda düşünürük. Yorğunluq bizə mane olmamalıdır. Sabah ən yaxşı oyunumuzu göstərməliyik.

- Millətlər Liqasının görüşlərində hücumda elə də yaxşı təsir bağışlamayıb. Üstəlik, Ramil Şeydayev də “Krılya Sovetov”da oyun təcrübəsindən məhrumdur. Bu mənada Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və məşqdə gördüklərinizə əsasən demək olarmı ki, “Proyssen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?

- Açığı, Rüfət bizimlə cəmi iki məşq edib. Sabah yəqin səhər məşqindən sonra bəzi oyunçularla bağlı dəqiq qərar verəcəyəm. Ancaq indi heç bir problem haqda düşünmürəm. Fikirləşirəm ki, oyuna tam hazırıq və meydana yaxşı formada çıxacağıq.



Çap et | e-mail

     

2018-10-15  Anri \"Monako\"da ilk məşqinə çıxdı

2018-10-15  “İspaniya millisi “Uembli”də keçirdiyi oyunu təkrarlaya bilər” - Luis Enrike

2018-10-15  Ramil Şeydayev Rusiyada cərimələnib

2018-10-15  \"Qarabağ\"ın rəqibinin futbolçusu milli komandasının düşərgəsindən ayrılıb

2018-10-15  \"Mançester Yunayted\"də yeni müqavilə

2018-10-15  \"Neftçi\"də afrikalı futbolçu

2018-10-15  Arda Turan həbs oluna bilər

2018-10-15  Vermalen 6 həftəlik meydanlardan uzaq qalacaq

2018-10-15  Bolt dopinq-testə çağırıldı

2018-10-15  De Xea Fransa klubunun maraq dairəsində

2018-10-15  \"Qarabağ\"ın rəqibi erməni futbolçusunu Bakıya gətirir ?

2018-10-15  Premyer Liqamızda 8-ci turun oyunlarının vaxtı müəyyənləşib

2018-10-15  \"Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq\"

2018-10-15  Evdə ilk qolumuz

2018-10-15  Almeyda zirvədə, Qarayev ikincidir - Millətlər Liqası

2018-10-15  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2018-10-15  Birinci Divizion: Oyunların vaxtı açıqlandı

2018-10-15  Slovakiya yığmasının baş məşqçisi istefa verib

2018-10-15  Millimizin Malta ilə heç-heçəsi - VİDEO

2018-10-15  Yığmamızın heyətində dəyişiklik edildi

Bütün xəbərlər
 
15 oktyabr 2018
21:43  Anri "Monako"da ilk məşqinə çıxdı
21:18  “İspaniya millisi “Uembli”də keçirdiyi oyunu təkrarlaya bilər” - Luis Enrike
20:44  Ramil Şeydayev Rusiyada cərimələnib
20:30  "Qarabağ"ın rəqibinin futbolçusu milli komandasının düşərgəsindən ayrılıb
20:07  "Mançester Yunayted"də yeni müqavilə
19:54  "Neftçi"də afrikalı futbolçu
19:31  Arda Turan həbs oluna bilər
17:04  Vermalen 6 həftəlik meydanlardan uzaq qalacaq
16:50  Bolt dopinq-testə çağırıldı
16:16  De Xea Fransa klubunun maraq dairəsində
15:41  "Qarabağ"ın rəqibi erməni futbolçusunu Bakıya gətirir ?
15:12  Premyer Liqamızda 8-ci turun oyunlarının vaxtı müəyyənləşib
14:47  "Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq"
14:37  Evdə ilk qolumuz
14:13  Almeyda zirvədə, Qarayev ikincidir - Millətlər Liqası
13:22  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
13:12  Birinci Divizion: Oyunların vaxtı açıqlandı
12:01  Ovçunun tüfəngindən açılan atəş idmançını öldürdü - FOTO
11:50  Slovakiya yığmasının baş məşqçisi istefa verib
11:48  Turan Bayramov olimpiya çempionu oldu
11:36  Yığmamızın heyətində dəyişiklik edildi
11:25  Millimizin Malta ilə heç-heçəsi - VİDEO
14 oktyabr 2018
18:08  "Qarabağ" - "Vorskla": 5 min bilet satılıb
17:51  "Mbappe “Qızıl topu” qazana biləcək gücdədir"
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.