AZ | EN | RU


Futbol >>
“Farer adaları ilə oyun milli üçün həlledici olacaq” - Ruslan Abışov
10 oktyabr 2018   14:28

Bu gün “Neftçi”nin futbolçusu Ruslan Abışovun 31 yaşı tamam olur. Bu münasibətlə klubun rəsmi saytı ondan müsahibə alıb.

- Ruslan, doğum gününüz mübarək!

- Çox sağ olun! Sizdən bu təbriki eşitmək çox xoşdur.

- Zədəli olduğunuz üçün məşq proseslərindən kənarda qalsanız da, komandanın heç bir oyununu buraxmırsınız. “Neftçi”ni kənardan izləmək nə qədər çətindir?

- Açığı, komandaya kənardan baxmaq çox çətindir. Düzdür, nəticələrimiz əladır, turnir cədvəlinin lideriyik,  amma meydana qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bunun üçün günləri sayıram. Digər tərəfdən də qətiyyən tələsmək olmaz. Zədədən sonra tam bərpa olunmalıyam.

- Bərpa prosesi necə keçir?

- Bu proses hər ötən gün intensivləşir. Həkimlərin nəzarəti altında məşq edirəm. Ayın sonunda Almaniyaya gedib, bərpa prosesi keçməliyəm.

- Sizcə, bu mövsüm Topaz Premyer Liqasındakı uğurlu nəticələrimizin sirri nədədir?

- Vahid komanda olmağımızda, klubda çalışan hər kəsin öz işini düzgün şəkildə görməsində, azarkeşlərimizin bizi tək buraxmamalarında... Bu uğurda hər kəsin zəhməti var. Hələ qarşıda üç dövrə var, rahatlaşmaq olmaz. Bu tempi saxlayıb, sonra da artırmalıyıq. 7 oyuna 3 qol buraxmışıq. Bu isə müdafiə xəttinin güclü olmasından xəbər verir.

- Rəqabətdən çəkinmirsiniz ki?

- Rəqabət hamımız üçün faydalıdır. Mənim üçün ən vacib məsələ zədəmi sağaltmaq və əsas heyətə qayıtmaqdır. Amma təbii ki, oynamasam da, komandamızın nəticələrinə sevinirəm.

- Sizcə, birinci dövrədəki oyunu ilə “Neftçi” çempionluq iddiasını ortaya qoya bildimi?

- Təbii ki, “Neftçi” çempionluğa oynayır. Amma çempionatın dörddə bir hissəsi arxada qalıb. Yəni hələ əsas mübarizə qarşıdadır. Amma çalışsaq, komanda ruhunu saxlasaq, istədiyimizə nail ola bilərik.

- Son “fanzona”ların birində azarkeşlərlə görüşdünüz. Təəssüratlarınız necə oldu?

- Əla oldu. Ümumiyyətlə, azarkeşlərimizlə görüşlər mənə böyük zövq verir. Onlardan pozitiv enerji alıram. Mənim tez sağalmağımı və komandaya qoşulmağımı arzulayırlar. Hər birinə təşəkkür edirəm.

- Sabah milli komandamızın Millətlər Liqasında Farer adaları ilə səfər oyunu var...

- Millimizə uğurlar arzulayıram! Çox istərdim ki, bu turnirdə millimizə kömək edim, amma təəssüf ki, alınmadı. Fikrimcə, sabahkı oyun millimiz üçün çox vacib və həlledici olacaq.



Çap et | e-mail

     

2019-02-17  Milli komandamız məğlub oldu

2019-02-17  \"İkinci hissədə “Qəbələ” bizdən üstün idi\" - Riçard Almeyda

2019-02-17  Avroliqanın finalına son 100 gün

2019-02-17  “Mahirin top itirməsinə əsəbiləşirdik” - Maksim Medvedev

2019-02-17  \"Qələbəyə bərabər məğlubiyyət oldu\" - Sənan Qurbanov

2019-02-17  \"Xal itkiləri hələ çox olacaq\" - Qurban Qurbanov

2019-02-17  \"Qarabağ\" \"Qəbələ\"yə belə qalib gəldi - VİDEO

2019-02-17  \"Səbail\"in \"Sabah\"a qalib gəldiyi matçın icmalı - VİDEO

2019-02-17  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2019-02-17  “Qarabağ” və “Səbail”dən qələbə - YENİLƏNİB

2019-02-16  \"Fənərbaxça\" növbəti dəfə xal itirdi

2019-02-16  \"Qarabağ\"la oyunda \"Qəbələ\"yə azarkeşlik edəcəyik\" - \"Neftçi\"nin legioneri

2019-02-16  \"Zirə\" \"Nefti\" ilə heç-heçə etdi - VİDEO

2019-02-16  \"Sumqayıt\" müdafiəçi transfer edib

2019-02-16  \"Keşlə\" belə qalib gəldi - VİDEO

2019-02-16  \"Düşünürəm ki, bu qələbə təzyiqi yüngülləşdirər\" - Tərlan Əhmədov

2019-02-16  \"Rəhbərliklə görüşümüz olacaq\" - Ayxan Abbasov

2019-02-16  Luiş Naninin yeni klubu açıqlandı

2019-02-16  \"Zirə\" - \"Neftçi\": start heyətlər

2019-02-16  “Qarabağ”ın fan-şopunda \"qış endirimi\"

Bütün xəbərlər
 
17 fevral 2019
23:15  Milli komandamız məğlub oldu
22:19  "İkinci hissədə “Qəbələ” bizdən üstün idi" - Riçard Almeyda
21:50  Avroliqanın finalına son 100 gün
21:33  “Mahirin top itirməsinə əsəbiləşirdik” - Maksim Medvedev
21:10  "Qələbəyə bərabər məğlubiyyət oldu" - Sənan Qurbanov
20:51  "Xal itkiləri hələ çox olacaq" - Qurban Qurbanov
20:38  "Qarabağ" "Qəbələ"yə belə qalib gəldi - VİDEO
20:16  "Səbail"in "Sabah"a qalib gəldiyi matçın icmalı - VİDEO
19:25  “Qarabağ” və “Səbail”dən qələbə - YENİLƏNİB
10:05  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
09:50  Yeniyetmə cüdoçularımız İspaniya turnirinə uğurla başladılar
09:25  Azərbaycan cüdoçusu Romada qızıl medal qazanıb
16 fevral 2019
23:11  "Fənərbaxça" növbəti dəfə xal itirdi
22:37  "Qarabağ"la oyunda "Qəbələ"yə azarkeşlik edəcəyik" - "Neftçi"nin legioneri
22:15  "Zirə" "Nefti" ilə heç-heçə etdi - VİDEO
19:46  "Sumqayıt" müdafiəçi transfer edib
19:34  "Keşlə" belə qalib gəldi - VİDEO
19:25  "Keşlə" qalib gəldi, "Neftçi" xal itirdi - YENİLƏNİB
18:09  "Düşünürəm ki, bu qələbə təzyiqi yüngülləşdirər" - Tərlan Əhmədov
17:27  "Rəhbərliklə görüşümüz olacaq" - Ayxan Abbasov
17:13  Luiş Naninin yeni klubu açıqlandı
17:00  "Zirə" - "Neftçi": start heyətlər
16:10  “Qarabağ”ın fan-şopunda "qış endirimi"
15:38  İngiltərə klubunda iki yeni müqavilə
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.