AZ | EN | RU


Futbol >>
"Heç kim qələbədən başqa bir nəticə gözləmir" - Qurban Qurbanov
09 oktyabr 2018   17:32

“Hazırlıq üçün çox vaxtımız olmadı. Bəzi oyunçular bizə gec qoşuldu. Riçard Almeyda dünən gəlib və bir məşq edib. Hamının oyuna qədər hazır olacağını və özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm”.

Olimpiya.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının III turundan Farer adaları ilə oyun üçün səfər ərəfəsində təşkil etdiyi brifinqdə deyib.

- Qələbənin şərt olmasını təzyiq olaraq görürsünüz, yoxsa əlavə bir motivasiya?

- Əlbəttə, təzyiq var. Görünən odur ki, heç kim qələbədən başqa bir nəticə gözləmir. Bu da futbolçulara təzyiq yaradır. Amma bunu mən hər zaman normal qarşılamışam. Belə olduğu halda, istər bizim, istərsə də futbolçuların məsuliyyəti daha da artır. Belə tələblər çox olur. Bu da futbolun yazılmayan qanunlarından biridir. İnanıram, bunu biz təyziq kimi yox, motivasiya kimi qəbul edərik ki, oyunumuza mənfi təsir etməsin.

- Heyətə yeni cəlb etdiyiniz Rüfət Dadaşov haqda nə deyə bilərsiniz?

- Dediyim kimi, hamı özünü yaxşı tərəfdən göstərir. Sadəcə, problemimiz ondadır ki, vaxtımız çox az oldu. Dadaşov da bizə gec qoşulanlardan biridir. Cəmi bir məşq artıq edib. İstədiyimiz məşqləri tam olaraq yerinə yetirə bilmirik ki, onların güclərini bilək. Amma görünən odur ki, Rüfət yenidən milliyə qayıtdığı üçün çox şaddır. İstəyirəm ki, şans verdiyimiz halda, özünü yaxşı tərəfdən göstərməyə çalışsın. Eləcə də digərləri.

- “Qəbələ”dən Cavid Hüseynovu heyətdən çıxarmısınız...

- Cavidin olmaması normaldır. Mən dəfələrlə qeyd etmişəm ki, hər toplanışda yeni futbolçular görə də bilərsiniz, daim olanları görməyə də bilərsiniz. Çünki onların hazırlığını, bütün oyunlarını izləyirik və sonda qərarımızı veririk.

- Oktyabrın 11-də Farer adaları ilə səfərdə, 3 gün sonra isə Malta ilə doğma meydanda qarşılaşacaqsınız. Bu iki oyun arasındakı vaxtın azlığı və yolun uzunluğu nə qədər təhlükə yarada bilər?

- Buna təhlükə deməzdim. Amma həddindən artıq böyük problem olacaq. Bu gün elə 14 saata yaxın yolda olacağıq. Bu, elə də az vaxt deyil. İstər-istəməz futbolçularda yorğunluq yarana bilər. Adaptasiya üçün böyük problem olacaq. Səfərə getmək üçün bir o qədər narahat deyiləm, əksinə, oyundan sonra geri qayıtmağa görə narahatam. Çünki futbolçular oyunda maksimum güclərini ortaya qoyacaqlar. Daha sonra isə bütün gecəni yolda olacağıq. Futbolçuların Malta ilə oyuna tam hazır olmasında böyük problem yaşanacaq. Amma başqa yolumuz yoxdur. Hər bir halda, ən düzünü etməyə çalışacağıq



Çap et | e-mail

     

2018-12-14  \"Qarabağ\" son oyunda \"Arsenal\"a minimal hesabla uduzdu

2018-12-14  \"Beşiktaş\" məğlub olaraq qrupda qaldı - VİDEO

2018-12-14  Millimizin üzvü üçün bir hissə

2018-12-14  \"Beşiktaş\" və \"Astana\" mübarizəni dayandırdı

2018-12-13  \"Yuventus\"dan \"İnter\"ə - rəsmi

2018-12-13  \"Ramil Şeydayev daha çox oynamağa layiqdir\" - baş məşqçi

2018-12-13  Rusiyada ilin ən yaxşı futbolçusu bəlli oldu

2018-12-13  Ayaz Quliyevin baş məşqçisinə 6 oyunluq cəza

2018-12-13  İlham Əliyev idmançı və məşqçiləri mənzillə mükafatlandırdı

2018-12-13  Tomas Müller hərəkətinə görə üzr istədi

2018-12-13  Ağasəlim Mircavadov fərdi təqaüdə layiq görüldü

2018-12-13  UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro

2018-12-13  \"Sumqayıt\" \"Neftçi\" ilə oyunun hazırlıqlarına başladı

2018-12-13  İlham Əliyev Mircavadovu mükafatlandırdı

2018-12-13  \"Çempionlar Liqasının çox gözəl hissəsi başlayır\" - Ronaldo

2018-12-13  Çempionlar Liqasında 1/8-in atılacağı püşkün vaxtı açıqlandı

2018-12-13  \"Neftçi\"nin rəqibləri müəyyənləşdi

2018-12-13  “Fənərbaxça” Koku ilə rəsmi olaraq müqaviləni pozdu 

2018-12-13  UEFA iki klubumuza pul ayırdı

2018-12-13  Elxan Məmmədov millinin baş məşqçisi ilə bağlı görüş keçirdi

Bütün xəbərlər
 
Bu gün
02:01  "Qarabağ" son oyunda "Arsenal"a minimal hesabla uduzdu
01:36  "Beşiktaş" məğlub olaraq qrupda qaldı - VİDEO
00:58  Millimizin üzvü üçün bir hissə
00:23  "Beşiktaş" və "Astana" mübarizəni dayandırdı
13 dekabr 2018
20:39  "Yuventus"dan "İnter"ə - rəsmi
20:15  "Ramil Şeydayev daha çox oynamağa layiqdir" - baş məşqçi
19:39  Rusiyada ilin ən yaxşı futbolçusu bəlli oldu
19:18  Ayaz Quliyevin baş məşqçisinə 6 oyunluq cəza
18:54  İlham Əliyev idmançı və məşqçiləri mənzillə mükafatlandırdı
18:26  Tomas Müller hərəkətinə görə üzr istədi
17:15  Ağasəlim Mircavadov fərdi təqaüdə layiq görüldü
16:42  UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro
16:14  "Sumqayıt" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı
15:40  İlham Əliyev Mircavadovu mükafatlandırdı
15:33  "Çempionlar Liqasının çox gözəl hissəsi başlayır" - Ronaldo
15:08  Çempionlar Liqasında 1/8-in atılacağı püşkün vaxtı açıqlandı
14:51  "Neftçi"nin rəqibləri müəyyənləşdi
14:31  “Fənərbaxça” Koku ilə rəsmi olaraq müqaviləni pozdu 
14:19  UEFA iki klubumuza pul ayırdı
13:57  Elxan Məmmədov millinin baş məşqçisi ilə bağlı görüş keçirdi
11:37  Azərbaycan neçəncidir? - UEFA reytinqi
11:24  ÇL-də həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər
11:15  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:57  Qurban Qurbanovdan Reynaldo açıqlaması
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.