AZ | EN | RU


Cüdo >>
"Növbəti olimpiadaya 10 lisenziya qazanmağı hədəfləmişik"
21 noyabr 2016   18:00

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti və "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun müsahibəsi.

- Cüdo yığmasının baş məşqçisi Peter Zayzenbaxerin taleyinə nə zaman aydınlıq gələcək?
- Hələlik onunla yeni müqaviləmiz yoxdur. Bu da Avstriyada barəsində davam edən məhkəmə prosesi ilə bağlıdır. Zayzenbaxer ona şər atıldığını və haqq-ədalətin tezliklə bərqərar olacağını bildirir. Yığmanın məşqçilər heyətinin digər üzvləri ilə də yeni müqavilə bağlamamışıq.

- Bəs yeni baş məşqçi axtarışına başlamamısınız?
- Xer. Çünki hazırkı məşqçilər heyəti öz işini şərəflə yerinə yetirirlər. Bu yaxınlarda İsraildə 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa çempionatındakı nəticələr - 1 qızıl, 1 bürünc medal da bunu sübut edir.

- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testlərin təkrar analizləri nəticəsində Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovdan, eləcə də ağırlıqqaldıran Nizami Paşayevdən istifadəsi qadağan olunmuş dərman preparatı tapılıb. Həmin olimpiadada qızıl medal qazanmış cüdoçu Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyevin də belə təhlükə ilə üzləşə biləcəyini düşünürsünüzmü?
- Əsla. Heç biri ilə bağlı narahatlığımız yoxdur. Elnur Məmmədli Pekin Olimpiadasında heç nəyə ehtiyac hiss etmədən üst-üstə 3 dəqiqə ərzində bütün rəqiblərini ipponla məğlub etdi. Belə idmançıların adlarını xoşagəlməz olaylarda hallandırmaq yox, ucaltmaq lazımdır.

- Bəs bir idman xadimi kimi Vitali Rəhimovdan 8 il sonra dopinq tapılmasına münasibətiniz necədir?
- Əlbəttə, bu, düzgün deyil. O mənada ki, üstündən 8 il keçəndən sonra Vitalinin dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyini açıqlayıblar. Vitalinin başqa amillərin köməyilə olimpiadada gümüş medal qazandığına inanmıram.

- Keçmiş komandanızın üzləşdiyi durumla maraqlanırsınızmı?
- "Neftçi" ilə heç bir işim yoxdur. Hazırda mən federasiyada məsul vəzifədə çalışıram və cüdonun inkişafına cavabdeh şəxslərdənəm. Əlbəttə, uğursuz nəticələr hər birimizə təsir edir. Çünki orada işləmişik, kluba həyatımızın bir hissəsini, gecə-gündüzümüzü həsr etmişik. İnanıram ki, klub bu çətin mərhələni tezliklə adlayacaq və yenidən uğurlu nəticələr göstərməyə başlayacaq.

- 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hələ xeyli vaxt var. Bunu nəzərə alaraq, "Neftçi"yə qayıtmağı təklif etsələr, necə reaksiya verərsiniz?
- Hazırda mən "Neftçi" İdman Klubunda 35 növə rəhbərlik edirəm. Düzdür, "Tokio-2020"yə hələ 3 ildən çox vaxt var. Amma bu, olimpiadaya hazırlıq üçün elə də böyük müddət deyil. Hazırlığı elə "Rio-2016" qurtaran kimi başlamışıq. Növbəti olimpiadaya 10 lisenziya qazanmağı hədəfləmişik. Kişilərin mübarizəsində tam heyətlə, qadınların yarışında isə 3 idmançı ilə təmsil olunmaq istəyirik. Qrafikimiz o qədər sıxdır ki, qalan 3 ili nəinki çox, hətta məhdud vaxt kimi dəyərləndiririk. Qismətimizdə yenidən futbol dönəmi, geriyə yol yoxdur. Yalnız irəli!
(Report)

 

 

 

 

 

 

 

 



Çap et | e-mail

     

2018-10-08  Azərbaycan cüdoçusu Olimpiya çempionu oldu

2018-09-19  Bakıdakı cüdo üzrə dünya çempionatında Koreya vahid komanda kimi çıxış edəcək - RƏSMİ

2018-09-19  Dünya çempionatını 190-dan çox ölkə yayımlayacaq

2018-09-14  Rövnəq Abdullayev cüdo milisinin üzvləri ilə görüşdü

2018-09-10  \"Bakıdakı dünya çempionatında əla təşkilatçılıq gözləyirəm\"

2018-09-07  \"Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm\" - Hacı Əliyev

2018-09-06  “Bakıda ardıcıl ikinci titulumu qazanmaq istəyirəm”

2018-09-04  Dünya çempionatına gerisayım

2018-09-01  Dünya çempionatının promo-videoçarxı təqdim olunub

2018-08-30  Azərbaycan cüdoçuları dünya çempionatına Hollandiyada hazırlaşır

2018-08-28  Dünyaca məşhur müğənni Bakıdakı dünya çempionatının açılışında çıxış edəcək

2018-08-27  Beynəlxalq Cüdo Federasiyası gender bərabərliyi üzrə ilk konfransını Bakıda keçirəcək

2018-08-25  Tunisdə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplantısı keçirilib

2018-08-23  Cüdoçularımız Minskdə müqəddəs Qurban bayramını qeyd ediblər

2018-08-22  Bakıda keçiriləcək dünya çempionatında Böyük Britaniyanın heyəti açıqlanıb

2018-08-21  \"Real\"a ispaniyalı hücumçu

2018-08-19  Qəbələdə cüdo hakimləri üçün seminar keçirilib

2018-08-19  Elmar Qasımov Belarusda çempion oldu

2018-08-16  Cüdo üzrə dünya çempionatının biletləri artıq satışda

2018-08-01  Elxan Məmmədov 1 pillə öndə

Bütün xəbərlər
 
15 oktyabr 2018
21:43  Anri "Monako"da ilk məşqinə çıxdı
21:18  “İspaniya millisi “Uembli”də keçirdiyi oyunu təkrarlaya bilər” - Luis Enrike
20:44  Ramil Şeydayev Rusiyada cərimələnib
20:30  "Qarabağ"ın rəqibinin futbolçusu milli komandasının düşərgəsindən ayrılıb
20:07  "Mançester Yunayted"də yeni müqavilə
19:54  "Neftçi"də afrikalı futbolçu
19:31  Arda Turan həbs oluna bilər
17:04  Vermalen 6 həftəlik meydanlardan uzaq qalacaq
16:50  Bolt dopinq-testə çağırıldı
16:16  De Xea Fransa klubunun maraq dairəsində
15:41  "Qarabağ"ın rəqibi erməni futbolçusunu Bakıya gətirir ?
15:12  Premyer Liqamızda 8-ci turun oyunlarının vaxtı müəyyənləşib
14:47  "Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq"
14:37  Evdə ilk qolumuz
14:13  Almeyda zirvədə, Qarayev ikincidir - Millətlər Liqası
13:22  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
13:12  Birinci Divizion: Oyunların vaxtı açıqlandı
12:01  Ovçunun tüfəngindən açılan atəş idmançını öldürdü - FOTO
11:50  Slovakiya yığmasının baş məşqçisi istefa verib
11:48  Turan Bayramov olimpiya çempionu oldu
11:36  Yığmamızın heyətində dəyişiklik edildi
11:25  Millimizin Malta ilə heç-heçəsi - VİDEO
14 oktyabr 2018
18:08  "Qarabağ" - "Vorskla": 5 min bilet satılıb
17:51  "Mbappe “Qızıl topu” qazana biləcək gücdədir"
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.