AZ | EN | RU


Digər növlər >>
Ümummilli liderin xatirəsinə səmti müəyyənedənlərin kubok yarışı keçirilib
31 may 2016   15:28

Dənizkanarı Bulvar - İçəri Şəhər ərazilərində səmti müəyyənetmə üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçirilib.

Olimpiya.az xəbər verir ki, bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyənetmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatılıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın fəxri üzvü, eləcə də Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko, Dənizkanarı Bulvar İdarəsi Administrasiyasının rəhbəri Elmir Bağırov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə çıxış edərək yarış iştirakçılarını salamlamış və onlara uğurlar arzulayıblar.

Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi, Dənizkanarı Bulvar İdarəsi, İçəri Şəhər Tarix-Memarlıq Qoruğu İdarəsi, İrəli İctima Birliyinin və o cümlədən Türkiyə Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi ilə yarışda idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali təhsil müəssisələrindən ümumilikdə 26 komanda və eləcə də fərdi iştirakçıları olmaqla 280-a yaxın idmançı müxtəlif kateqoriyalar üzrə mübarizə aparıblar.

Qeyd edək ki, keçirilmiş kubok yarışında iştirak etmiş idmançı sayı ilə bu idman növü üzrə yeni rekord müəyyən olunub. Beləliklə səmti müəyyənetmənin ölkədə kütləviliyinin artırılması üçün mühüm addım atılmış olub.

Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyənetmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan Marafon, Formula-1 kimi bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatıldı və ölkənin idman ənənəsinə öz tövhəsini verib.

Gərgin keçən mübarizədə komanda hesabında Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası qalib gələrək yarışın kubokunu qazanıb.

Neftçi İdman Klubu ikinci, İrbis klubu isə üçüncü olub.

Sonda fərqlənən idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

 

 

 



Çap et | e-mail

     

2019-04-04  Konor Makqreqor karyerasını bərpa edib

2019-03-29  Azərbaycan idmançısı olimpiya medalından məhrum edilib

2019-03-28  Azərbaycan millisi Hollandiyaya qarşı

2019-02-05  \"Formula 1 Azərbaycan\"ın müddəti uzadıldı

2018-10-17  UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

2018-10-16  \"Formula 1\"in bilet satışı başladı

2018-10-16  Həbib Konorla revanş görüşündən imtina etdi

2018-10-15  Ovçunun tüfəngindən açılan atəş idmançını öldürdü - FOTO

2018-10-14  Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb - VİDEO

2018-10-13  “Formula 1”in təqvimi təsdiqləndi: Azərbaycanda apreldə keçiriləcək

2018-10-11  Putin Həbib və atası ilə görüşdü - VİDEO

2018-10-10  Makqreqora döyüşə çıxmaq qadağan olundu

2018-10-09  Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib

2018-10-09  Makqreqor Nurməhəmmədovu polisə şikayət edib

2018-10-08  Həbib Nurməhəmmədov üzr istədi - VİDEO

2018-10-08  Nurməhəmmədovun atası oğlunu sərt şəkildə cəzalandıracaq

2018-10-07  Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir

2018-10-07  Nurməhəmmədov döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib - VİDEO

2018-10-07  Həbib Nurməhəmmədovun meneceri həbs edildi

2018-10-07  Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəldi - VİDEO

Bütün xəbərlər
 
24 aprel 2019
21:06  Paşayev oynadı, komandası qalib gəldi
20:31  Millimizin üzvü üçün 5-ci baş məşqçi
20:13  "Ayaks" Hollandiyada rekorda imza atıb
19:46  FIFA-dan 7 futbolçuya ömürlük cəza
19:14  Kubokun cavab oyunlarının saatı bəlli oldu
14:10  "Sabah" rəhbərliyi komandanın çıxışına qiymət verdi
13:18  "Old Trafford" adlı qorxumuz yoxdur" - Pep Qvardiola
12:35  Penaltini qaçıran futbolçunu klubu qovdu - VİDEO
12:10  "Qəbələ" Monrozu, "Qarabağ" Medvedevi itirdi
11:38  "Slaviya”nın əsas komandasında oynamağa tam hazıram" - Fərid Nəbiyev
11:16  “Mançester Siti”də ciddi itki
10:53  Koutinyo "Yuventus"a keçir?
10:36  Almaniya Kubokunda ilk finalçı müəyyənləşdi
10:14  Premyer Liqada yeni rekord: 7-ci saniyədə qol vurdu - VİDEO
09:30  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
23 aprel 2019
18:45  "Qəbələ" "Qarabağ"a belə qalib gəldi - VİDEO
18:31  "Çox istəyirdik qalib gələk, ancaq alınmadı" - Qurban Qurbanov
18:15  "İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq" - Sənan Qurbanov
17:54  "Qəbələ" "Qarabağ"a qalib gəldi
16:24  "Milan" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi
15:53  Almaniya klubunda yeni baş məşqçi
15:36  "Mançester Siti" rekord transferə hazırlaşır
15:14  "Qəbələ" - "Qarabağ": start heyətlər açıqlandı
14:44  Tərlan Əhmədovun cəzası açıqlandı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.